Sizdə qiymətlər necədir?

Hicablı xanımlara xitab edən brendimiz onların mümkün gəlirlərini nəzərə alaraq qiymətlər təyin etməkdədir. Eləcə də müştərilərini hər mənada tam qane etmək məqsədində olan bir şirkət olaraq keyfiyyət bizim prioritetlərimiz arasında ən önəmlisidir. Buna görə də maksimal keyfiyyət təmin edərək mümkün olan ən minimal qiymətləri təklif edirik. Məhsullar və onların qiymətləri ilə saytımızda daha yaxından tanış ola bilərsiniz.

Çatdırılma nə qədər vaxta həyata keçirilir?

Müştərilərimizin vaxtına qənaət etmək və rahatlığının qayğısına qalmaq məqsədilə istənilən ünvana çatdırılma xidmətimiz mövcuddur. Sifariş etdiyiniz məhsulun hazır olub-olmamasından asılı olaraq 1-3 gün ərzində (hazır deyilsə, sifariş verdiyiniz gündən etibarən hazırlanmasına başlanılır) çatdırılma həyata keçirilir.

Çatdırılma xidmətinin ödənişi nə qədərdir?

Çatdırılma xidmətimiz istəyinizdən asılı olaraq metro daxili, metro çıxışı və ünvana çatdırılma olmaqla 3 növdədir. Metro stansiyası daxili – pulsuz ; Metro stansiyası çıxışı – 1 azn ; Ünvana çatdırılma – 5 azn.

Ünvana ödənişsiz çatdırılma xidmətiniz mövcuddurmu?

Sifarişlərinizin ümumi ödənişi 50 azn və daha çox olarsa, sizi ünvana çatdırılma xidməti ilə pulsuz təmin edirik!

Məhsullarınıza harada baxa bilərik?

Məhsullarımızla daha yaxından tanış olmaq istəyən hər kəs Bakı şəhərində yerləşən filiallarımıza yaxınlaşa bilər. Mağazalarımızın ünvanları ilə tanış olmaq üçün yuxarıdakı menyudan “MAĞAZALAR” bölməsinə keçid edin.

Başqa rayonlarda yaşayanlar sizdən necə alış-veriş edə bilər?

Rayonlarda yaşayan müştərilərimiz üçün hələ ki, sadəcə online satış xidmətimiz mövcuddur. Ölkəmizin bütün rayonlarına, eləcə də ölkə xaricinə çatdırılma xidməti həyata keçirilir. Ən qısa zamanda regionlarda da TURBAN MODA mağazalarını görməyə hazır olun !!!