MİSSİYAMIZ:

TURBAN MODA Azərbaycanın hicab brendi olaraq qısa müddət ərzində böyük bir alıcı kütləsi toplamış, özünün operativ xidməti, keyfiyyətli məhsulları və məsuliyyətli personalı ilə ən seçici müştərilərin belə məmnuniyyətini qazanmağa nail olmuşdur. Şirkətimizin rəhbəri Validə xanımın xüsusi incəliklə tərtib etdiyi onlarla rəng və modellerdə don, şal, bone və digər hicab geyimləri təcrübəli dərzilərimizin köməyi ilə ən gözəl şəkildə müştərilərimizə təqdim olunur. Hal-hazırda Bakı 3 satış nöqtəmiz mövcuddur. Yaxın gələcəkdə mağaza və stendlərimizin sayını ölkə ərazisindəki başqa rayonlarda da artırmaq planımız var.

VİZYONUMUZ:

Ölkəmizin geyim sektorunda dünya miqyasında tanınmış heç bir hicab brendi ilə çıxış edə bilmədiyini nəzərə alaraq bir ilkə imza atmaq məqsədindəyik. Yaxın bir neçə il ərzində şəxsi atelyemizdə istehsal olunan hicab geyimlərini “Brand of Azerbaijan” adı ilə dünya bazarına çıxarmağı planlaşdırırıq.

BİZİMLƏ ƏMƏKDAŞLIQ

Satış filiallarımızın ölkəmizin başqa rayonlarında və ya ölkə xaricində fəaliyyətə başlaması üçün edilən əməkdaşlıq təkliflərini dəyərləndirməyi düşünürük. Həmçinin böyük həcmdə məhsul almaq istəyənlərlə topdan satış şərtlərini müzakirə etməyə hazırıq. Maraqlanan şəxslər aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edə bilərlər:

Elxan İbrahimov – kommersiya direktoru
E-mail : elkhan.ibrahimov@turbanmoda.az
Telefon : (+994) 55 222 62 80